İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi Slaven Biliç mətbuata maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis klubundan milli komandalara çağırılan futbolçular haqqında da danışıb.
Biliç müsahibəsində AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı qrup haqqında da fikirlərini bildirib. O, İtaliya yığmasının millimiz üzərində qələbəni çılğınlıqla qeyd etmələrinə təəccübləndiyini deyib: “Xorvatiya millisi haqqında çox danışmaq istəmirəm. Artıq onlar Fransada keçiriləcək final mərhələsinə vəsiqə əldə ediblər. İtaliyanın Azərbaycanla oyununa baxdım. İtalyanlar rəqibi üzərində qələbəni çılğınlıqla qeyd edirdilər. Türkiyə millisinin etdiyi isə nağıl idi. Onlar möhətşəm idilər”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp