“İnter” klubu sabiq oyunçusu Laşa Salukvadzeni rəsmən geri qaytarıb. Zurab Xizanişvilinin 4 oyunluq cəzalandırılmasından sonra bakılılar mərkəz müdafiəçisini çox axtarmayaraq, sabiq üzvü Laşaya üz tutub. 
Futbolinfo.az xəbər verir ki, azad agent olan oyunçu 1 həftə öncə Azərbaycana gəlib və onunla bu gün mövsümün sonuna qədər müqavilə imzalanıb. Gürcüstan millisinin sabiq üzvü bu dəfə paytaxt təmsilçisində 6 nömrəli futbolkanı geyinəcək. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp