"Bakı"nın sabiq futbolçusu Risto Ristoviçin yeni  klubu məlum olub. Futbolinfo.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.  
 
Bildirilir ki, yarımmüdafiəçi bundan sonra ölkəsinin superliqa təmsilçisi "Voyvodaç" klubuna çıxış edəcək.  
 
Qeyd edək ki, 2013-2015-ci illərdə “Bakı”da çıxış edən futbolçu 43 oyuna 4 qol vurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp