AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb. Futbolinfo.az xəbər verir ki, Gənclər Liqasının qrup mərhələsində keçiriləcək ÇSKA (Rusiya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 25-də, Moskva şəhərindəki “Oktyabr” stadionunda baş tutacaq. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp