19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, Bakıda təşkil olunan 5-ci qrupun ikinci tur matçında Azərbaycan millisi türkiyəli həmyaşıdlarına boyun əyib – 0:1.  
Ötən gün "Bayıl Arena"da baş tutan matçdan sonra Türkiyə yığmasının baş məşqçisi Vedat İncəefe qələbəni belə şərh edib: “Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Çünki Bosniya və Herseqovinaya qarşı bir hissə azlıqda oynamışdıq. Bu gün həmin matçın yorğunluğu hiss olunurdu. Oyunun gedişində yenə azlıqda qaldıq və yenə 10 nəfərlə mübarizə aparmalı olduq. Futbolçularıma əsasən müdafiədə diqqətli oynamağı tapşırdım. Buna görə də rəqib müdafiə xəttimizi yara və qol epizodu yarada bilmədi. Şadam ki, mərhələ adlama şansımızı saxladıq. Son qarşılaşma bizim üçün finala bərabər matç olacaq. Təbii ki, qələbə qazanmaq və elit-raunda yüksəlmək istəyirik. Əslində, könlümüzdən bu yolda Azərbaycanla birgə addımlamaq keçir. Ancaq qardaş ölkə, demək olar ki, şanslarını itirdiyindən, biz bunu bacarmalıyıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp