19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları davam edir. Futbolinfo.az xəbər verir ki, Bakıda təşkil olunan 5-ci qrupun ikinci tur matçında Azərbaycan millisi türkiyəli həmyaşıdlarına boyun əyib – 0:1.  
Ötən gün "Bayıl Arena"da baş tutan matçdan sonra komandamızın baş məşqçisi Nazim Süleymanov məğlubiyyəti belə şərh edib: “Çox məyusam. Fasilədə uşaqlara diqqətli olmağı tapşırdıq. Futbolun dili ötürmədir. Kənardan da futbolçulara ötürmə verməyi tapşırırdıq. Sanki bizim futbolçular topu qəbul etdikdən sonra mütləq rəqibini aldatmalıdır. Niyə, anlamaq olmur.
Futbolda udmaq da var, uduzmaq da. Biz bu gün Avropa çempionatının seçmə oyununda Azərbaycanı təmsil edirik. Futbolçuların intizamsız hərəkəti məni narahat etdi. Oyundan dərhal sonra söhbətimiz oldu, amma bununla bağlı müəyyən qərarlar vermək lazımdır. Futbolu 90 dəqiqə oynayırlar. Hətta son saniyələrdə qol vurub, məğlubiyyətdən qaçmaq, hətta qələbə qazanmaq olur. Bu gün bunu edə bilmədik və demək olar ki, mərhələ adlamaq şansımızın üzərindən xətt çəkdik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp