Çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt"ın əvəzediciləri yoxlama oyunu keçirəcək. Futbolinfo.az xəbər verir ki, ilham Yadullayevin komandası noyabrın 14-də "Qarabağ"ın əvəzediciləri ilə üz-üzə gələcək. 
    
"Kapital Bank Arena"da baş tutacaq qarşılaşma saat 13:00-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt"ın əvəzediciləri hazırda 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider "Qəbələ"dən 2 xal geridədir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp