Sabah Avropa Çempionatının seçmə oyunları çərçivəsində 21 yaşlılardan ibarət Azərbaycan millisi rusiyalı həmyaşıdları ilə qarşılaşacaq. Bakıda keçiriləcək matçı qrupun indiki durumuna görə 4-cü yer uğrunda mübarizə kimi saymaq olar. 
Belə ki, hazırda hər millinin aktivində 3 xal olsa da şimallılar, topların daha yaxşı fərqinə görə 4-cü mövqedədi. Cari seçmə mərhələdə 6 oyuna çıxan Yaşar Vahabzadənin yetirmələrindən fərqli olaraq, ruslar 3 görüşdə qüvvəsini sınayıb. Hər iki komanda qrupdakı yeganə qalibiyyətini autsayder Farer adaları üzərində qazanıb. Bu oyundakı məğlubiyyət komandamızın qrupda qalmasını rəsmiləşdirə bilər.
Ümumiyyətlə, son 5 oyunun hamısında məğlub olan komandamızın vəziyyəti heç də ürəkaçan deyil. Hətta Avstriyada yığmamız 0:7 hesabı ilə məğlub olandan sonra bununla bağlı AFFA-da toplantı keçirildi və baş məşqçi məzəmmət edildi. Lakin buda fayda vermədi. Komandamız yenə də xal qazanmaqda acizdi. 
18:00. Azərbaycan (U-21) – Rusiya (U-21)
Hakimlər: Eytan Şumelvitz, Nissan Davidi, Roy Hassan, Ziv Adler (hamısı İsrail)
“Bayıl Arena”
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp