Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” bu qarşılaşmaya hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisi milli komandanın oyunu ilə əlaqədar yaranmış fasilədən istifadə edərək yoxlama matçı keçirib. 
“Qırmızı-qaralar”ın rəqibi komandanın 19 yaşlı futbolçuları olub. Görüş 4:0 hesabı ilə Roman Qriqroçukun yetirmələrinin xeyrinə başa çatıb. Bu, komandanın fasilə müddətində keçirdiyi ilk və son yoxlama görüşü olub. Qalan müddətdə sözügedən komanda “kimyaçılar”la görüşə hazırlaşacaq. 
Heyətdə olan zədəli futbolçulardan Sergey Zenyov və Ermin Zets sabahdan məşqlərə başlayacaq. Zenyovun qarşıdakı turda oynayıb-oynamayacağı hələ bilinmir. Ruslan Abışov və Dimitri Bezatosnı isə artıq çalışmalara başlayıb. Ölkəsi Argentinada müalicəsini davam etdirən hücumçu Fakundo Pereyra isə cari ayın 18-də kollektivə qoşulacaq.
Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” noyabrın 21-i, saat 17:00-da “Kapitalbank Arena”da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp