Bu gün Azərbaycan millisi yoldaşlıq matçı çərçivəsində Moldova ilə üz-üzə gələcək. Futbolinfo.az xəbər verir ki, qarşılaşmaya bilet satışı davam edir.
AFFA-dan əldə etiyimiz məlumata görə, indiyə kimi 10 bilet satılıb. Lakin yığmamızın digər oyunlarındakı tamaşaçı sayına baxanda, elə bizim günümüzdə olan Moldova yığması ilə matça, özü də yoxlama matçına bu qədər marağın olması heç də inandırıcı deyil. Bu biletlərin nə qədərinin kassadan alındığı, nə qədərinin isə fan-klublara pulsuz paylandığını axşam tribunalardakı azarkeşlərin sayından görəcəyik.
Qeyd edək ki, sözügedən oyun 65 minlik Bakı Olimpiya Stadionunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp