Topaz Premyer Liqasının növbəti turunda “Qəbələ”ni qəbul edəcək “Sumqayıt” hazırlıqlarını davam etdirir. Futbolinfo.a xəbər verir ki, “kimyaçılar”ın heyətində ciddi itki yoxdu. 
Yalnız zədəli olan yarımmüdafiəçi Amit Quluzadənin qarşıdakı turda meydana çıxmağı sual altındadı. Komanda çalışmalarını əsas və 21 yaşlılardan ibarət millinin heyətində olan futbolçularsız keçir. U-19-un düşərgəsində olan Emin Həsənov artıq komandaya qayıdıb. 
Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” matçı ayın 21-i saat 17:00-da “Kapitalbank Arena”da keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp