“Kəpəz”in zədəli futbolçuları Şəhriyar Əliyev, Şəhriyar Rəhimov və Tural Rzayevin durumu yaxşıdır. Futbolinfo.az xəbər verir ki, AZAL-la yoxlama oyununda zədələnən futbolçular bu gündən komanda ilə birgə məşqə çıxacaqlar.
“Sarı-göylər”in digər üç zədəli oyunçusu Kərim Diniyev, Xəzər Qəribov və Azad Kərimov isə sabahdan ümumi qrupa qoşulacaq. Bu futbolçular ötən müddətdə fərdi halda çalışıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp