Dünən Avropa Çempionatının (AÇ-2016) baş tutan son 2 pley-off matçından sonra turnirin final mərhələsində iştirak edəcək bütün milli komandaların adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, İsveç və Ukrayna da gələn il Fransada keçiriləcək qitə turnirində iştirak hüququ qazanıb:
Yarışda iştirak edəcək 24 komandanın adına aydınlıq gəldikdən sonra artıq səbətlərin tərkibi də müəyyənləşib.
1-ci səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya
Siyahıda adı yer almayan Fransa millisi meydan sahibi kimi A qrupunda 1-ci səbətdə yer alacaq. Turnirin püşkatma mərasimi isə dekabrın 12-də Fransanın paytaxtı Parisdə baş tutacaq. 
Qeyd edək ki, AÇ gələn il iyunun 10-dan iyulun 10-a kimi Fransanın 10 müxtəlif şəhərində baş tutacaq.
 
 
pot - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp