AÇ-2016-nın final mərhələsinə vəsiqə verən pley-off-un cavab matçında səfərdə Danimarka ilə 2:2 bərabərə qalan İsveç millisi ilk oyundakı qələbəsinə görə (2:1) gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb. Futbolinfo.az xəbər verir ki, Dünənki qarşılaşmada qonaqların hər iki qolunun müəllifi olan Zlatan İbrahimoviç matçdan sonra maraqlı açıqlama verib.
34 yaşlı hücumçu onu təqaüdə çıxarmaq istəyən danimarkalıların "bostanına daş atıb": “Danimarka məni təqaüdə çıxarmaq istəyirdi. Amma mən bütün Danimarkanı təqaüdə çıxardım. Pley-off-da iştirak etdiyimizə görə çox tənqid olunmuşduq. Bizə heç kim inanmırdı. Ancaq səbr etdik, əvvələr də məğlub edə bilmədiyimiz və mənim də qol vura bilmədiyim Danimarkanı məğlub etdik. Nə istədiyimizi bilirdik və bunu bacardıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp