Avrop Çempionatının final mərhələsinə çıxmaq uğrunda mübarizədə pley-offda İsveç əngəlinə ilişən Danimarkanın baş məşqçisi Morten Olsen istefa verib. Futbolinfo.az xəbər verir ki, mütəxəssis bunu dünən İsveçlə qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bildirib.
Mütəxəssis gələn il Fransada keçiriləcək qitə turnirindən kənarda qalmaqlarının çox üzücü bir hal olduğunu bildirib və bu səbəbdən də tutduğu vəzifədən getdiyini açıqlayıb.
Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2000-ci ildən Danimarka millisinə rəhbərlik edirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp