Ötən gün Türkiyə PTT 1-ci Liqasında 13-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti oyununa çıxıb. 
 
Adıçəkilən komanda doğma meydanda "Elazığspor"la üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Budak isə sona qədər mübarizə aparıb. 
 
Qeyd edək ki, "Qaziantep BB" 21 xalla 5-ci pillədə qərarlaşıb.
Shares: