Bakı "İnter"inin braziliyalı yarımmüdafiəçisi Dieqo Martinsin futbolinfo.az saytına müsahibəsi:
– “Qarabağ”la oyuna hazırsız?
– Həddən artıq çətin olacaq. Amma bu matçda mütləq qələbə qazanmalıyıq. Çünki “Qarabağ”la görüşdəki qalibiyyət bizim çempionluq və avrokuboklar uğrunda mübarizəmizə çox təsir edəcək.
– Qələbə şansınızı necə faizlə dəyərləndirirsən?
– “Qarabağ” Azərbaycanın ən güclü komandası olsa da, şanslar yarıbayarıdı.
– “İnter”də vəziyyət qaydasındadır? Hər oyundan sonra hansısa futbolçu maaşlarla bağlı problem olduğunu bildirir….
– İndi hər şey qaydasındadır. Dekabrdan sonra ümumiyyətlə, vəziyyət çox yaxşı olacaq.
– Getdikcə çempionatdakı komandaların maliyyə durumu pisləşir…
– Məncə, bu, Premyer Liqadakı mübarizəyə təsir etmir. Bütün komandalar var gücü ilə "döyüşür". Fikrimcə, güclü yarış var və bu mövsüm çox maraqlı olacaq.
– “Qarabağ” və “Qəbələ” ilə mübarizədə digər komandalar şanssız sayılır…
– “Qarabağ”la razıyam. Amma “Qəbələ” haqqında bunları deyə bilməyəcəm. Bizimlə eyni xala malikdirlər və onların da çempionluq şansı bizim qədərdir. 
– Bildiyimizə görə, dekabrda müqavilən başa çatır…
– Bəli. Başa çatacaq.
– “İnter” qalmağın üçün sənə yeni müqavilə təklif edib?
– İnanıram ki, Bakı klubunda qalacam. Və mənə deyiblər ki, biz sənin komandada qalmağını istəyirik. 
– Xəbərin varmı ki, UEFA “İnter”ə yanvarın sonuna qədər borclarını ödəməyəcəyi halda cəzalandıracağını bildirib?
– Yox, bunu ilk dəfə sizdən eşidirəm.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp