Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev həbs edilib. Strateq.az-ın yaydığı xəbərə görə, maliyyə xəyanətində suçlanan Cahangir Hacıyev dünən gecə saatlarında DİN-in müvafiq qurumlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.
 
Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların "çirkli pullar"ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur…
 
Canahgir Hacıyev həm də vəzifəsindən uzaqlaşdırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Onun bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.
 
Qeyd edək ki, Cahangir Hacıyev "İnter"in fəxri prezidenti, Bakı Futbol Federasiyasının prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvüdü.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp