Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Oleq Kononov dünən ölkə çempionatında “Kuban” üzərindəki qələbədən sonra mətbuat konfransında fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki,  çalışdırıcı həmçinin Avroliqanın son turunda qarşılaşacaqları “Qəbələ” ilə matçdan da danışıb.
Kononov təmsilçimizlə oyunu finala bərabər matç sayıb: “Qəbələ” ilə oyun bizim üçün çox önəmlidir. Bu, taleyimizi müəyyən edəcək matçdır. Qrupdakı vəziyyətimiz bundan asılı olacaq. Ümid edək ki, hər şey əla olacaq və qələbə qazanıb psixoloji vəziyyətimizi üst səviyyəyə çıxaracağıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp