Türkiyə Superliqasında daha bir baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki, “Antalyaspor” Yusuf Şimşəklə yollarını ayırıb.
Klubdan verilən açıqlamada 40 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı şəkildə pozulduğu bildirilib. "Ağ-qırmızılar" 6 oyundu qələbə qazana bilməyən yerli məşqçi ilə yolları ayırmağı qərar verib.
 
Qeyd edək ki, veteran futbolçu cari ilin fevral ayından Antalya təmsilçisində baş məşqçi işləyirdi. Onun çalışdırdığı komanda 14 oyundan sonra 17 xal toplaya bilib və 10-cu pillədə qərarlaşır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp