Dekabrın 10-da UEFA Avropa Liqasının qrup mərhələsinin son – VI turunun oyununda “Qəbələ” Rusiyanın "Krasnodar" komandasını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq oyun öncəsi baş məşqçilərin mətbuat konfranslarının vaxtı bilinib.
Klubdan verilən məlumata görə, toplantı sabah saat 18:30-da arenanın Media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Krasnodar”ın baş məşqçisi Oleq Kononov çıxacaq. 19:45-də isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq. 
Hər iki komandanın oyunöncəsi son məşqi də “Bakcell Arena”da keçiriləcək. “Qəbələ” saat 20:30-da, Rusiya təmsilçisi isə 19:00-da baş tutacaq məşqlə qarşılaşmanın hazırlıqlarını tamamlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp