Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Kəpəz" doğma divarlar arasında autsayder "Rəvan"la 0:0 bərabərə qalıb.
Gəncə şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Bəhmən Həsənov heç-heçəni belə şərh edib: 
“Bizim üçün bütün oyunlar, xallar çox önəmlidir. “Kəpəz” keyfiyyətli oyunçulara malik mobil bir komandadır. Lakin mən futbolçulara demişdim ki, şanslarımız bərabərdir. Oyun heç-heçə bitdi və Gəncədə qazanılan 1 xala görə çox şadam. Ağıllı oyun sərgiləyən futbolçulara təşəkkür edirəm. Lazım olan nəticəni qazanıb evə dönürük. Artıq “Kəpəz”lə oyunu unudub, qarşıdakı matçlara hazırlaşacağıq”.  
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp