Connect with us

Müsahibə

Qriqorçuk: "Qəbələ"nin taleyi ilə oynayırlar"

Çempionatın əvvəlində qızıl medallar uğrunda mübari…

-də paylaşıldı

Çempionatın əvvəlində qızıl medallar uğrunda mübarizədə son iki mövsümün qalibi “Qarabağ”ın əsas rəqibi qismində, ağdamlılar kimi, Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edən “Qəbələ” göstərilirdi. Amma birinci dövrədən sonra Qurban Qurbanovun komandası ilə eyni nəticələrə imza atan əyalət təmsilçisi, sonrakı dövrələrdə sabitlik nümayiş etdirə bilmir. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk futbolinfo.az saytına verdiyi müsahibədə çempionluq uğrunda mübarizənin bitmədiyini bildirdi:
– Qış fasiləsindən sonra 5 tur arxada qalıb…
– Turnir vəziyyəti baxımından cədvəldə ciddi dəyişiklik baş verməyib. Fasiləyə yollanarkən, necə ki, “Qarabağ”dan 10 xal geridəydik, bu gün də eyni fərq qalmaqdadı. Əlbəttə, xal itkiləri üzləşdiyimiz oyunalar bizi üzür. Ancaq bu qarşılaşmalardan da ibrət götürüb, səhvlərimizi təhlil edirik.
– Fakundo Pereyrayla yolları ayırdıqdan sonra sıralarınızı hansısa hücumçuyla gücləndirəcəyiniz gözlənilsə də, bu, baş vermədi…
– Biz bu gün də axtarışdayıq. Qış fasiləsində də bu yöndə xeyli iş apardıq. Ancaq mövcud vəziyyətdə bizə formada olan forvard lazım idi. Onu da tapmaq müşkül məsələdi. Əlbəttə, hansısa möcüzə baş versə və hazırda azad agent statusuna malik formada olan hücumçu ortaya çıxsa, onu transfer edərik. Amma böyük ehtimalla, bu məsələ yayda həllini tapacaq.
– Şənbə günü baş tutan “Xəzər Lənkəran”la oyunda böyük ərazi üstünlüyünə malik olsanız da, rəqib qapısının torunu silkəyə bilmədiniz. Oyunu təhlil edərkən autsayderlə görüşdə 2 xal itirməyinizə səbəb kimi nəyi göstərə bilərsiniz?
– Qarşılaşmada böyük ərazi üstünlüyümüz 90 dəqiqə ərzində var idi. Belə deyək, qolöncəsi epizodlarımızın sayı-hesabı bilinmirdi. Oyun tək qapıya gedirdi. Təəssüf ki, bu, tablodakı nəticədə öz əksini tapmadı. 
Bu dəfə bir məqama da xüsusi olaraq, diqqətinizi yönəltmək istəyirəm. Özünüz də bilirsiniz ki, hakimlikdən danışmağı sevmirəm. Ancaq vəziyyət zirvə həddinə çatıb. Oyunun əvvəlində rəqibin futbolçularına bir neçə epizodda sarı vərəqə göstərməli olsa da, baş hakim (Rəvan Həmzəzadə – red.) bütün kobudluqlara göz yumdu. Dəfələrlə penalti verməli olsa da, vermədi. Bu, tək bir oyunda baş versəydi, dinməzdim. Artıq kütləvi hala çevrilib. “Qəbələ”nin taleyi ilə oynayırlar. Nə məqsədi güddüklərini bilmirəm. Amma komandamın taleyi məni narahat edir və bu gün açıq şəkildə bildirirəm ki, bizə qarşı ədalətsiz qərarlar qəbul olunur.
– Aleksey Qayın cərimə meydançasında yerdə qaldığı epizoddan sonra baş hakim ona sarı vərəqə göstərdi. Yarımmüdafiəçinin soyuqqanlı olmasını hər kəs bilir. Ancaq epizoda heç bir reaksiya verməməklə, sanki simulyasiya etdiyini boynuna aldı…
– Futbolçularıma istənilən vəziyyətdə təmkinli, səbirli, istəyirsinizsə centlmen olmağı tapşırıram. Qay da həmin epizodda bu tapşırığıma uyğun hərəkət etdi. Aleksey gözəl başa düşürdü ki, hakim qərarını dəyişməyəcək. Amma onun bu cür davranmasına rəğmən, mən iki fakta inanıram. Əvvəla, epizodu özüm görmüşəm və hesab edirəm ki, Qayı yıxmışdılar. İkincisi isə, oyundan sonra Alekseydən soruşdum və o da təmas olduğunu bildirdi.
– Müsahibənin əvvəlində “Qarabağ”la xal fərqinin dəyişmədiyini qeyd etdiniz. Ancaq diqqətinizi 2 məqama yönəltmək istəyərdim. Əvvəla, hər keçən turdan sonra bu fərqi əritməyin çətinləşdiyini qeyd etməliyik. Arxada isə 5 tur qalıb. İkincisi isə, “Zirə”nin sizdən bir qədər də uzaqlaşdığını vurğulamalıyıq…
– “Zirə”ylə məsələ belədi ki, bu komadayla hələ iki dəfə qarşılaşacağıq. Bu da potensial 6 xal deməkdi. Aramızdakı fərq də 6 xalla ölçülür. Başqa sözlə, “Zirə”ylə münasibətlərdə taleyimiz öz əlimizdədi. Ağdam təmsilçisi ilə də 2 oyunumuz qalıb. Amma fərq 10 xaldı. Yəni, nəzəri cəhətdən hər iki qarşılaşmadan qələbəylə ayrılsaq da, çempionatın qalan digər oyunlarının hər birində 3 xal qazansaq da, taleyimiz öz əlimizdə olmayacaq. Çünki mütləq “Qarabağ”ın daha bir neçə oyunda büdrəməsini gözləməli olacağıq.
– Ölkə Kubokundakı perspektivləri necə görürsünüz? “Qəbələ” hər “iki cəbhə”də mübarizə aparacaq, yoxsa prioritet seçiləcək?
– Artıq avrokubok mövsümü bizim üçün başa çatıb. Bu, elə də ağır yük deyil ki, nəyisə seçək. Yalnız ölkədaxili 2 turnirdə mübarizə aparmaq çətin məsələ deyil. Kubok iddialarımız da ən yüksək həddədi. Istənilən qənimət futbol “mətbəx”ində olan insan üçün ən undulmaz hadisəyə çevrilir. Futbolçularıma da daim bunu deyirəm ki, gələcəkdə övladlarınıza, nəvələrinizə bu cür unudulmaz hadisələrdən bəhs etmək üçün qənimət qazanmaq lazımdı. Yoxsa sabah soruşarlar ki, futbolda nə gəzirdin? Qısası, Azərbaycan Kubokunu başımız üzərinə qaldırmaq istəyirik. Eyni zamanda, Azərbaycanı Çempionlar Liqasında da təmsil etmək kimi böyük arzumuz var.
CEYHUN ƏLİYEV

Arxiv

Dünya futbolu2021-01-24 16:22

“Yuventus”un futbolçusu koronavirusdan sağaldı

Ölkə kuboku2021-01-24 16:22

“Səbail” “Zaqatala”ya cavab verdi – YENİLƏNİR

Milli komanda2021-01-24 16:14

Millimizə Fransadan futbolçu dəvət edildi

Digər2021-01-24 15:24

Kəlbəcərin Comərd kəndi – VİDEO

Digər2021-01-24 15:04

Azərbaycanda koronavirusa 287 yeni yoluxma

Dünya futbolu2021-01-24 13:55

Son 10 ilin ən çox qol vuran müdafiəçisi

Ölkə futbolu2021-01-24 13:36

“Keşlə”: yenə yanlış zaman, yanlış adam?

Digər2021-01-24 13:22

Füzulinin Aşağı Veysəlli kəndi – VİDEO

Ölkə futbolu2021-01-24 13:00

Yunis Hüseynov “Keşlə”dən getdi

Milli komanda2021-01-24 12:35

Millimizə 27 futbolçu çağırıldı

Ölkə kuboku2021-01-24 12:09

1/8 finalın daha 3 oyununa təyinatlar açıqlandı

Ölkə futbolu2021-01-24 11:45

Hüseynov tapşırığa boyun əyir – “Keşlə”də heyəti Sultanov müəyyənləşdirir

Dünya futbolu2021-01-24 11:30

Portuqaliya Liqa Kubokunun qalibi bəlli oldu

Dünya futbolu2021-01-24 10:49

“Fiorentina” futbolçusunu icarəyə verdi

Dünya futbolu2021-01-24 10:20

“Sampdoriya”da yeni müqavilə

Dünya futbolu2021-01-24 10:00

“Atalanta”dan “Valensiya”ya

Dünya futbolu2021-01-24 09:30

PAOK-dan Türkiyə klubuna

Dünya futbolu2021-01-24 09:00

Türkiyə çempionu çilili hücumçu ilə gücləndi

Dünya futbolu2021-01-24 02:16

“Monako”dan inamlı qələbə

Dünya futbolu2021-01-24 02:02

“Real”la “Sevilya”dan darmadağın

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?