Connect with us

Layihə

Uşaq futbolundakı problemlərin araşdırılması, təhlili, vəziyyətin yaxşılaşdırılması yolları – LAYİHƏ

MƏRAM

Uşaq futbolunda mövcud problemlər ümumi ölk…

-də paylaşıldı

MƏRAM
Uşaq futbolunda mövcud problemlər ümumi ölkə futbolunun inkişafına, sabahın sağlam nəslin əlində olmasına əngəldir. Uşaq liqalarında yarışların yaxşı təşkil olunmaması, uşaqların peşəkar kadrlar tərəfindən yetişdirilməməsi, AFFA və klubların, eləcə də AGİN-in və Təhsil Nazirliyinin bu sahəyə yetərincə nəzarət etməməsinin nəticəsində istedadlı uşaqların üzə çıxarılmasında ciddi qüsurlar var. Bu da milli komandalar üçün layiqli kadrlar yetişdirilməsinə, eləcə də gənc nəslin sağlam inkişafına mane olur. Uşaqların sağlam həyat tərzindən kənar qalması, karyerasını vaxtından öncə bitirməsi, pis vərdişlərə yiyələnməsi də bunun nəticəsidi.
 
PROBLEM
Düzdü, ölkədə çoxsaylı yarışlar keçirilir, AFFA-nın rəsmi statistikasına görə, 100 minə yaxın insan top oyunu ilə məşğul olur. Ancaq bütün bunlar şişirdilmiş rəqəmlərdi. Qeydiyyata düşən həmin futbolçularının böyük hissəsi komandalarının dağılması, məşqçilərin qeyri-peşəkarlığı, bu işə nəzarət edənlərin səriştəsizliyi üzündən artıq meydanlardan kənar qalıb. Hazırda yenə futbolla məşğul olan uşaqların əksəriyyətinin isə gələcəyinə ümid yoxdu. Çünki onların yaxşı futbolçu olması üçün təməl, bünövrə düzgün qoyulmalıdı və təəssüf ki, bu baxımdan ciddi problemlər var. İllərdi davam edən bu tendensiyanın nəticəsidi ki, indi əsas komandalarda oynayan bir çox futbolçu hətta top oyununun əlifbasını bilmir. Elə olmasaydı, xaricdə heç olmasa, 10-15 yüksək səviyyəli legionerimiz olardı, milli komandalarımız milliləşdirilənlərin ümidinə qalmazdı.
 
İSTİQAMƏT
Futbolinfo.az uşaq futbolu ilə bağlı layihəni başlamaqla məhz bu kimi problemlərin işıqlandırılmasına, qeyri-peşəkarların ifşasına və düzgün yolun mütəxəssislərin məsləhəti ilə göstərilməsinə çalışaçaq. Eyni zamanda, xüsusilə bölgələrdə diqqətdən kənar qalan yeniyetmələrə layiqli qiymət verilməsinə, istedadların üzə çıxarılmasına çalışacağıq.
 
Təbii ki, bu layihəni reallaşdırmaq üçün ilk öncə mövcud vəziyyətə nəzər salacağıq. Uşaq liqalarındakı vəziyyət, komandaların durumu, onlarda işin keyfiyyəti, seçim prosesi, işin təşkili araşdırılacaq. Daha sonra buraxılan səhvlər, onların aradan qaldırılması yolları haqda müzakirələr olacaq, mütəxəssis fikirləri, xarici təcrübənin öyrənilməsi və s. məsələlər qabardılacaq.
 
ÖHDƏLİK
Paralel olaraq, bütün uşaq liqalarında keçirilən yarışlar işıqlandırılacaq, hətta Təhsil Nazirliyinin, AGİN-in, eləcə də müxtəlif cəmiyyətlərin yaqışlarına yer ayıracaq, onların faydalılığını araşdıracağıq. Layihənin davam etdiyi müddətdə istedadlı uşaqlarla, bacarıqlı məşqçilərlə müsahibələr, bölgələrdə və paytaxtda baş tutan yarışlardan reportajlar, valideynlərin yarışlar, uşaqlara göstərilən diqqət barədə fikirləri, eyni zamanda çatışmazlıqlar, ədalətsizliklər haqda qeydlərimiz olacaq.
 
Yarışlardan redaksiyamızın maddi-texniki bazasının imkan verdiyi qədər video/fotoreportajlar hazırlayacaq, zəif komandaların problemləri ilə maraqlanacağıq. Klub və yığma məşqçilərinin yarışlara marağı, seleksiya məqsədilə neçə oyunu izləməsi, hansı futbolçulara xüsusi diqqət yetirməsini də işıqlandıracağıq. Bu liqalardan müvafiq yığmalara çağırılan futbolçuların səviyyəsi, kimlərə qarşı haqsızlıq edildiyi, əyalət klublarına biganəliyin olub-olmamasını da diqqətdə saxlayacağıq.
 
TƏHSİL
Eyni zamanda əsas diqqət yetirilməli məsələ təhsildi. Çünki futbolla məşğul olmağa başlayan uşaqlar əksər vaxtlarda təhsildən yayınırlar. Onlar top oyununda hədəfinə çata bilməyəndə hər ikisindən əlləri üzülür, futbolda lazımi səviyyəyə çata bilmir, dərslərdən də geri qalırlar. Belədə onlar gələcəyin potensial avaralarına, bəlkə də cinayətkarlarına çevrilirlər. Hətta futbolda uğura nail olduqda da uşaqlar təhsildən kənarda qalmamalıdı. Çünki dünyagörüşü olmayan savadsız futbolçu heç vaxt ulduz ola, parlaya bilməz. Bu səbəbdən layihəmizdə ən önəmli yerlərdən birini məhz uşaqların təhsili tutacaq, onlara hansı maneələrin yaradıldığı araşdırılacaq.
 
Uşaq-Gənclər İdman Məktəblərində (UGİM) görülən işlər, peşəkar klub kimi Premyer Liqada və ya divizonda təmsil olunmayanların işi də ciddi araşdırılmalıdı. Dağılan komandaların futbolçularının taleyi, onların gələcək karyerası, ümumiyyətlə, komandaların dağılma səbəbi əsl araşdırma mövzusudu.
 
PLANLAR
Əlavə olaraq, vaxtaşırı uşaqlarla, onların valideynləri ilə, məşqçilərlə milli komanda üzvlərinin, AFFA Məşqçilər Komitəsinin, AFFA rəhbərliyinin görüşlərinin keçirilməsi, bu tədbirlərin işıqlandırılması da bizim üçün prioritet vəzifə olacaq. Ayın ən yaxşı oyunçusunu seçməyi də planlaşdırırıq. Qaliblərə simvolik mükafatların Premyer Liqa və ya milli komandaların oyunları zaman canlı yayımda təqdim olunmasını, bunu adlı-sanlı veteran futbolçularımızın, futbol təsərrüfatımızın aparıcı simalarının vasitəsi ilə etməyi nəzərdə tutmuşuq.
 
Bütün uşaq komandalarının, ən azından final mərhələsinə vəsiqə qazananların kitabçalarının çap olunmasını, kitabçada hər uşaq haqqında informasiya olmasını təmin etməyə çalışacağıq. Vaxtaşırı kimsəsiz uşaqların futbol məşqlərinə qatılmasını, bununla bağlı aksiyalar keçirməyi düşünürük. Peşəkar klubların, eləcə də yerli icra hakimiyyətlərinin liqaların işinə münasibətini işıqlandırmaq, bunun təbliği üçün mütəmadi iş aparmağı nəzərdə tutmuşuq.
 
Küçə futbolundan peşəkar futbola gəlmiş oyunçularla müsahibələr, futbola yazılmaq istəyən uşaqlar üçün informasiya tipli yazılar, uşaqların hansı zonada yaşaması, hansı futbol klubunun onlara daha yaxın olması, kimə müraciət etmələrinin mümkünlüyü və s. barədə bilgilər də planımızdadı. İstedadlı uşaqların küçədən futbol klubuna gəlməyini əks etdirən videoroliklər, reportajlar hazırlamaq fikrimiz var.
 
PERSPEKTİV
Bu işlərin görülməsi bir KİV üçün çox çətin öhdəlikdi. Məhdud maddi-texniki imkanlarla biz mümkün olanın maksimimunu etməyə çalışacağıq. Sonda liqaların keçirilmə mexanizmi, reqlamenti barədə də qeydlərimiz, tövsiyyələrimiz olacaq. Araşdırmaya başlamadan da əminik ki, indiki reqlament əlverişli deyil, final mərhələsinə düşməyən bir çox komandaların futbolçuları az qala mövsümün yarısını boşa verir, itib-batırlar. Ona görə də hamının hər zaman oynaya biləcəyi liqalara ehtiyac var. Eyni zamanda hər liqanın öz yığmasını təşkil etmək, milli komandalara dəvət almayanlarla müvafiq yığmaların yoxlama oyununu keçirmək faydalı olar.
 
Uşaqların futbola cəlb edilməsi üçün AFFA və klublar tərəfindən aparılan təbliğat işinin səviyyəsi də diqqətimizdə olacaq. Müqavilələr, bağlanma şərtləri, təzminat və xitam qaydaları, uşaqlar üçün nəzərdə tutulan kompensasiya məbləğləri, klubların uşaq futbolu ilə bağlı  proqramı, məşq meydançası, geyim və inventar, təlim-məşq toplanışları, bölgələrə və xarici ölkələrə səfərlərin təşkili, oyunların keçirilmə yerlərinin yararlılığı, klubların rəsmi saytları və sosial şəbəklər vasitəsi ilə uşaq futbolunun işıqlandırılması kimi məsələlər də futbolinfo.az-ın diqqət mərkəzində olacaq.
 
YEKUN VƏ START…
Beləliklə, futbolinfo.az apreldən etibarən bu layihəyə start verir. Məqsədimiz ən yaralı yerimiz olan uşaq-gənclər futbolundakı problemləri araşdırmaq, çıxış yollarını göstərməkdi. Faydalı olacağına əminik, təki bu işə məsul olanlar lazımi nəticəni çıxarsın.
 
VÜSAL MAHMUDOV

Arxiv

Dünya futbolu2021-01-24 02:16

“Monako”dan inamlı qələbə

Dünya futbolu2021-01-24 02:02

“Real”la “Sevilya”dan darmadağın

Dünya futbolu2021-01-24 01:45

“Milan” darmadağına üzüldü, “İnter” xal itirdi

Ölkə kuboku2021-01-24 01:21

Azərbaycan kubokunda yeni mövsümün ilk təyinatları

Dünya futbolu2021-01-23 23:50

“Leyptsiq” uduzdu, “Ayntraxt” darmadağına sevindi

Dünya futbolu2021-01-23 22:54

“Fənərbaxça”dan yeni transfer

Dünya futbolu2021-01-23 22:03

“Başakşəhər” xal itirdi, “Trabzonspor” səfərdə sevindi

Dünya futbolu2021-01-23 21:45

“Traktor” səfərdən qələbə ilə döndü

Dünya futbolu2021-01-23 21:15

İsrafilov üçün 85 dəqiqə və 3 xal

Dünya futbolu2021-01-23 20:44

Super Liqa klubunda yeni baş məşqçi

Ölkə kuboku2021-01-23 20:11

16-cı start: 67-ci oyun, 20-ci rəqib

Premyer-liqa2021-01-23 19:50

“Keşlə”nin futbolçusu 100-ə çatdı

Premyer-liqa2021-01-23 19:34

“Qarabağ”ın 400-cü səfər oyunu

Dünya futbolu2021-01-23 18:54

Millinin sabiq üzvü A Seriyasında klubunu dəyişdi

Dünya futbolu2021-01-23 18:22

“Valensiya”da yeni müqavilə

Digər2021-01-23 17:47

Kəlbəcərin Qamışlı kəndi – VİDEO

Digər2021-01-23 17:22

Azərbaycanda koronavirusa 162 yeni yoluxma

Dünya futbolu2021-01-23 17:00

“Lester Siti”də Vardi şoku

Dünya futbolu2021-01-23 16:45

“Roma”nın iki üzvündə koronavirus aşkarlandı

Milli komanda2021-01-23 16:30

Millimizin oyunları Belçikada baş tutacaq

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?