Connect with us

Ölkə futbolu

“Kəpəz”, “Neftçi” və AZAL: heyətləri avrokubok üçün yetərli deyil

Dünən UEFA-nın məlum qərarından sonra “İnter”in…

-də paylaşıldı

Dünən UEFA-nın məlum qərarından sonra “İnter”ində avrokubokların növbəti mövsümündən kənar qalacağı dəqiqləşdi. Bu siyahıya “Zirə”nin də adının əlavə olunacağını nəzərə alsaq, ortaya acınacaqlı mənzərə çıxır. Hazırda çempionatda ilk “4-lük”də qərarlaşan komandalardan ikisi məhz adıçəkilənlərdi. Deməli, qitə yarışlarına ən yaxşılarımız yox, hətta 6-cı yerin sahibi gedəcək. Kubokda da eyni komandaların mübarizəni davam etdirdiyini nəzərə alsaq, yekun dəyişməyəcək.
 
Çempionluğu demək olar, təmin edən “Qarabağ”, eləcə də izləyiciləri ilə böyük xal fərqi yaradan “Kəpəz”in taleyi bəllidi. “Qəbələ” də özünü hardasa rahat hiss edə bilər. “Qırmızı-qaralar”ın ölkə kubokunu əsas hədəf götürməsi və yarımfinala çıxması onların şansını bir qədər də artırır. Belədə Avropa Liqasına sonuncu vəsiqənin sahibi 5-ci pilləni tutan komanda olmalıdı. Bu yer uğrunda mübarizə isə AZAL-la “Neftçi” arasında gedəcək. “Qəbələ” hər nə qədər geriləsə və ölkə kubokunu qazana bilməsə, yəqin ki, turnir cədvəlinin ilk yarısını tərk etməyəcək.
 
AZAL indiki halda “Neftçi”dən 1 xal öndədi, əvəzində Vəli Qasımovun yetirmələri kubokda da yoluna davam edir. Bu səbəbdən onlardan hansının istəyinə çatacağını demək çətindi. Ancaq reallıq odur ki, xüsusilə bu 2 komanda avrokubokda mübarizəyə hazır deyil. Maraqlıdı, ölkə çempionatında ilk 4-lüyə düşə bilməyən komandalar avrokuboklarda hansı nəticəyə imza ata bilər?
 
Məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik:
 
Arif Əsədov: “Qarabağ”ın avrokuboklarda iştirakına heç kim şübhə etmir. Turnir cədvəlində tutduqları mövqe də bunu göstərir. Daha sonra isə ən şanslı komanda kimi “Kəpəz”in adını çəkmək olar. Onlar həm nəticələri, həm də meydanda sərgilədiyi oyunla buna layiqdi. Komandada məşqçi işi hiss olunur. “Kəpəz” qalib gəldikcə, oyundan-oyuna futbolçularda qələbə istəyi artır. Hazırda ilk 4-lükdə qərar tutmayan komandalardan ən şanslısı “Qəbələ”di. Digər – sonuncu vəsiqə uğrunda isə AZAL və “Neftçi” yarışacaq. Burada heyətin təcrübəsi və maddi baxımdan “ağ-qaralar” şanslıdısa, son vaxtlar göstərdiyi oyun və istək, əzmkarlığına görə AZAL da istəyinə çata bilər. Komandaların öz aralarındakı oyundan da çox şey asılıdı. “Qarabağ” ötən mövsüm olduğu kimi, yenidən qrupa düşə bilər. Amma digərlər komandaların yalnız bir məhələ keçməyinə ümid etmək olar. Əlbəttə, təmsilçilərimizin gələcəkdə heyətlərini nə dərəcə gücləndirəcəyindən də çox şey asılıdı. İndiki vəziyyətdə “Kəpəz”, “Neftçi” və AZAL-ın heyəti avrokuboklar üçün yetərli deyil. Ola bilər mövcud vəziyyətdə ölkə çempionatında normal çıxış edirlər, amma avroliqada nəticə qazanmaq üçün güclənmək lazımdı. “Qəbələ”nin heyətində isə sabitlik yoxdu. Mənə elə gəlir ki, komandaya legioner futbolçu baxımından “yeni qan” lazımdı. Fikrimcə, heyətdəki əcnəbilər “doyub”. Mövcud durumda maddi vəziyyətinə görə, “Qəbələ” ilə “Qarabağ” uğura daha yaxın görünür. Amma digərlərinin vəziyyəti gələcəkdəki maddi durumundan asılıdı”.
 
Əfqan Talıbov: “Artıq hamı ölkəmizi Çempionlar Liqasında “Qarabağ”ın təmsil edəcəyini anlayır. “Kəpəz”də isə vəziyyət elədi ki, qələbələr sıralandıqca, iştah daha da artır. Bu komandanı da avrokuboklara real namizəd saymaq olar. Fikrimcə, qeyri-sabit çıxışına baxayaraq, “Qəbələ” də avrokuboklarda çıxış edəcək. Məncə, “Qəbələ” və “Kəpəz” əvvəlki illərdən ibrət götürməyindən, hazırlıqlarından və digər detallardan asılı olaraq, ilk mərhələni rahat keçə biləcək. “Rəvan”, “Xəzər Lənkəran”, “Sumqayıt”ın vəziyyəti acınacaqlıdı. Çıxışı ilə hamını təəccübləndirən və stabilliyini qoruyan AZAL-ın nəticələri ilə göstərir ki, çox gözəl motivasiya olurlar. Maddi durumun yaxşı olmamasına baxmayaraq, xal toplaya-toplaya irəliləyirlər. Bunda Tərlan Əhmədovun da əziyyəti böyükdü. Son oyundakı qələbədən sonra “Neftçi”nin də böyük şansı var. Düzdü, ola bilər, komandada bəzi dəyişikliklər etsinlər. Amma bu, gecikmiş addım da ola bilər. Çünki heyətin formalaşmasına, yeni gələnlərin uyğunlaşması və s. problemləri həll etməyə vaxtın çatmaması da mümkündü. Amma “Qəbələ” bu cür hallara alışıb. Son dövrlərdə komandalarımız ilk mərhələləri adlamaqda çətinlik çəkmirdi. Klublardakı böhrandan sonra bir az geriləmə var. Əvvələr qruplara düşmək nə qədər ağır idisə, indi bu daha da çətinləşib. Maddi duruma görə komandaların heyətində çox böyük dəyişikliklər olub. Sevindirci məqam da var. İndi bizim futbolçular adlı-sanlı komandalara qarşı daha çox oynamaq imkanına malikdi. Avropa, Rusiya, Türkiyə klublarına keçmək üçün gözəl şansı var”.
 
ELMAR ABDULLA-ZADƏ

Arxiv

Ölkə kuboku2021-01-25 20:09

“Zirə” darmadağınla mərhələ adladı – VİDEO

Ölkə kuboku2021-01-24 18:14

“Səbail” – “Zaqatala” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?