EURO-2016
Fransanın 3-cü, Portuqaliya 2-ci dəfə
Fransa millisi tarixində 3-cü dəfə AÇ-nin finalına y&u…

Fransa millisi tarixində 3-cü dəfə AÇ-nin finalına yüksəlib. Futbolinfo.az xəbər verir ki, “üçrənglilər” buna öz meydanlarında keçirilən AÇ-2016-da nail olub.
Yarımfinalda Almaniyanı 2:0 hesabı ilə məğlub edən fransalılar 16 ildən sonra finala yüksəlib. İlk dəfə 1984, sonuncu dəfə 2000-ci ildə bunu bacaran yığma hər iki həlledici qarşılaşmada qalib gəlib.
Portuqaliya isə tarixində 2-ci dəfə finalda oynayacaq. Pireneylilərin bunadək yeganə uğuru 2004-cü ildə olub. Həmin vaxt yığma finalda Yunanıstana uduzub.
Qeyd edək ki, ümumilikdə 12 komanda finala yüksəlib.