Connect with us

EURO-2016

12 ilin ənənəsi: Yunanıstan və Portuqaliya bənzərliyi

12 il öncə, Yunanıstan Avropa çempionu olan zaman, ellad…

-də paylaşıldı

12 il öncə, Yunanıstan Avropa çempionu olan zaman, elladalıların zəfəri sərgilədikləri ifrat müdafiə futbolunun kölgəsində qalmışdı. Qaliblər hər nə qədər mühakimə olunmasalar belə, Otto Rehagel və komandasını təbrik edənlərlərlə tənqidçilərinin sayı arasında ciddi fikir ayrılığı vardı…

Günümüzdəki mənzərə isə fərqlidi: baş məşqçi Fernandu Santuş uğurun memarı sayılır, portuqalların müdafiə olunaraq deyil, döyüşərək çempion olubduqlarını düşünənlərin sayı əksini iddia edənlərdən çoxdu . Renatu Sançeş yenicə parlayan, Kriştianu Ronaldo isə tayı-bərabəri olmayan bir ulduz kimliyinə bürünüb. Kapitanın piarının komandasını kölgədə qoyacaq qədər mükəmməl olması isə başqa bir mövzudu.

2004-cü ildəki Yunanıstan ilə bugünkü Portuqaliyanı müqayisə etsək, bu iki komandanın turnir ərzində sərgilədikləri futbol arasında ciddi fərq yoxdu, zənnimcə. Hətta Rehagelin komandasının daha üstün olduğunu düşünürəm. Ən azı ona görə ki, 12 il öncə Portuqaliyada keçirilən qitə birinciliyində yunanlar meydan sahiblərini 2 dəfə – həm qrup matçında, həm də finalda məğlub etmişdilər. Təkcə bu fakt onların çempionluğunun ədalətli olduğunu söyləməyə əsas versə də, futbol həvəskarlarının, xüsusilə də yalnız böyük turnirləri izləyənlərin əsas gözləntisi bol qollu, epizdolarla zəngin oyundu. Yunanıstan millisi isə sırf nəticəyə köklənən bir kollektiv idi,  bu səbəbdən də sevilmədi.

Bəs indi, 12 illik aradan sonra nə dəyişib? Favoriti olduğu qrupda keçirdiyi heç bir oyunda qalib gələ bilməyən,  3 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanan, turnir ərzində yalnız bir matçın taleyini əsas vaxtda həll edən Portuqaliyanın həmin Yunanıstandan nəyi üstündü? Səbəb Ronaldodu? Komanda onsuz ən vacib oyunda qalib gəlməyi bacardı, portuqalların uğurunun açarı Kriştianu deyil. Hərçənd nə qədər qəribə görünsə də, fransızların Ronaldonun məşqçilik bacarığının qurbanı olduğunu düşünənlər də var. Mənə görə isə Portuqaliya sırf baş məşqçi amili – Fernandu Santuş sayəsində çempion oldu.

Bu, həmin Santuşdu ki, 2010-14-cü illərdə Yunanıstan millisinə rəhbərlik edib. Portuqaliyalı mütəxəssis orada uğur qazanmasa da, əldə etdiyi təcrübə işinə yaradı. Əminliklə yazıram: Portuqaliya məhz Yunanıstan kimi oynayaraq çempion oldu. Zəfərin təməlində eyni fəlsəfə durur.

HAŞİYƏ: 2014-cü ildə Yunanıstan millisinin baş məşqçisi postundan istefaya göndərilən digər mütəxəssis isə Klaudio Ranieridi. Son mövsümdə İngiltərə Premyer Liqasında “Lester”lə möcüzəyə imza atan, çempionluq qazanan Ranieri.

Astrologiyaya inanlar da sevinə bilər. Portuqalların çempionluğunu Meymun ilinin növbəti süprizi olduğunu söyləyənlər də var. 1992-ci ildə dağılan Yuqoslaviyanın əvəzinə qitə birinciliyinə iştirakı starta bir neçə gün qalarkən bəlli olan Danimarka, 2004-cü ildə Yunanıstan, indi isə Portuqaliya çempion oldu. Təsadüfmü?

Fikrimcə, təsadüfi heç nə olmur. Hər şeyin səbəbi  var. Astrologiyaya deyil, futbola, onun fəlsəfəsinə inanmaq lazımdı. Və təbii ki, hədəfə çatmaq üçün bacardığında artığını ortaya qoymaq həlledici olur. Portuqaliya millisi bu amilləri özündə cəmləşdirdiyi üçün kuboku vətənə apardı – təbrik edirəm!

“Portuqaliyanın qarşısına Almaniya və ya  İtalya çıxsaydı, başqa cür olardı” – şəklində düşünənlər də var. Məgər Fransa zəif idi? Sadəcə, iş ondadı ki, finalda portuqalların qarşısına çıxan komandanın yalnız adı Fransa millisi idi. Didye Deşamın rəhbərlik etdiyi kollektiv sanki yuxuda idi, qalib gəlmək üçün ciddi heç nə etmədilər.

Yazını bitirmək üzrəyəm, ancaq sual hələ də açıq qalıb: 12 illik aradan sonra dəyişən nədi?

Şəxsi fikrimi yazıram: DÇ-1994-dən bəri böyük turnirləri izləyirəm. Bu Avropa çempionatında oyuna baxa-baxa nəsə oxuya, telefonla danışa, hətta 5-10 dəqiqəlik ekran başından da ayrıla bildim. Eyni şeyləri başqalarında da müşahidə etdim. Başa çatan qitə birinciliyinin gözlənildiyindən maraqsız keçdi ki, bunun da əsas səbibinin İngiltərə və İspaniya  kimi favoritlərin bərbad, ölkəmizdə daha çox azarkeşi olan Türkiyə ilə Rusiya yığmalarının isə faciəvi şəkildə çıxış etmələri olduğunu düşünürəm. İslandiya və ya Uels hər nə qədər rəğbət qazansalar da, insanlar həlledici oyunlarda heyətində ulduzların yer aldığı nəhəng komandaları görmək istəyirlər. Bunlar olmayınca, yarış da insanlara maraqsız gəldi. Zənnimcə, bütövlükdə turnirin özü maraqsız alındığı üçün Yunanıstan kimi oynayıb çempion olan Portuqaliyanın zəfəri 12 il öncəki kimi tənqidlə deyil, biganəliklə qarşılandı. Və təbii ki, piarı üst səviyyədə olan Ronaldo amili var. Bu gün portuqalların qazandıqları kubokdan çox, Kriştianunun zədələnməsindən, göz yaşlarından, məşqçilik bacarığından, hətta qaşına qonan kəpənəkdən danışırlar. Demək ki, hər halda, nələrsə dəyişib…

FƏRİD

Arxiv

Dünya futbolu2021-03-03 13:01

9 futbolçu və 1 məşqçi qəza nəticəsində öldü

Dünya futbolu2021-03-03 12:40

“Borussiya”nın futbolçusu millimizlə oyunu buraxa bilər

Milli komanda2021-03-03 12:25

Millimizin Moldova ilə oyun heyəti bəlli oldu

Ölkə futbolu2021-03-03 12:03

“Keşlə”də dəyişən yalnız məşqçilərdi

Ölkə futbolu2021-03-03 11:43

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

Milli komanda2021-03-03 11:24

“Bunu bacarmaq üçün hər gün çalışırıq” – Millimizin üzvü

Milli komanda2021-03-03 11:01

Millimizin qapıçısı heyətdən kənarlaşdırıldı

Milli komanda2021-03-03 10:47

Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”

Dünya futbolu2021-03-03 10:29

“Qarabağ”ın sabiq futbolçusu karyerasını bitirdi

Dünya futbolu2021-03-03 10:05

“Şalke”də yeni baş məşqçi

Dünya futbolu2021-03-03 09:33

“Pirelli” növbəti mövsümdən “İnter”in sponsoru olmayacaq

Premyer-liqa2021-03-03 09:15

“Sumqayıt” “Zirə”yə, “Neftçi” “Sabah”a qarşı – YENİLƏNİR

Müsahibə2021-03-03 09:00

“Bu vəziyyətdən birlikdə çıxacağıq”

Dünya futbolu2021-03-03 02:14

“Borussiya” yarımfinalda

Dünya futbolu2021-03-03 02:09

“Mançester Siti”dən növbəti qələbə

Dünya futbolu2021-03-03 01:44

“Yuventus”dan darmadağın

Dünya futbolu2021-03-03 01:35

“Torino”nun daha bir oyununa koronavirus əngəli

Dünya futbolu2021-03-02 23:09

“Barselona”nın sabiq prezidenti azadlığa buraxıldı

Dünya futbolu2021-03-02 22:45

“Beşiktaş”a bir qol bəs etdi

Ölkə futbolu2021-03-02 22:22

“Neftçi TV”də “Fanzona” – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Gündəm