Türkiyə PTT 1-ci Liqasında 23-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti oyununa çıxıb. 
 
Adıçəkilən komanda səfərdə "Karşıyaka" ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Budak isə meydana çıxa bilməyib və matçı ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, "Qaziantep BB" 32 xalla 8-ci pillədə qərar tutub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp