Milli komandamızın baş məşqçisi Robert Prosineçki Bakını “Yeni Dubay” adlandırıb. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis paytaxtımızın dünyanın ən gözəl şəhərlərindən biri olduğunu bildirib:
“Bakı yeni Dubaydı. Daim nəsə yeni bir şey ucaldırlar. Azərbaycan paytaxtına gəldikdə özünüzü dünyanın ən gözəl şəhərlərinin birində hiss edirsiniz. Bura gəldiyimə görə zərrə qədər peşman deyiləm. Avropa şəhəridi, ən yaxşı restoran və məktəblərə sahibdilər. Qızlarım beynəlxalq məktəbə gedir. Ailəm yeni evdə özünü xoşbəxt hiss edir. Ən çətini həyat yoldaşımın payına düşür. Hərəmiz bir yana gedirik, o isə evdə tək qalır. Buna baxmayaraq, bəzi dostlərımız var və başını qata bilir”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp