İngiltərənin “Arsenal” klubu heyətində ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, “topçular”ın yarımmüdafiəçisi Aleks-Oksleyd Çemberlen uzun müddətə sıradan çıxıb.
İngiltərə mətbuatının yazdığına görə, dizindən zədələnən futbolçunun həkim müayinəsindən sonra əməliyyatına ehtiyac olmadığı bəlli olub. Lakin oyunçu 6-8 həftə yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasında “Barselona”ya qarşı matçda Xavier Maskerano ilə toqquaşaraq, xəsarət alıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp