Almaniya Qərb Regional Liqasında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu "Fortuna II" (Dusseldorf) də növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda səfərdə “Vattenşayd 09”la üz-üzə gəlib. Görüş 3:3 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan Erat sona qədər mübarizə aparıb. O, sözügedən matçda 2 qol vurub.
 
Qeyd edək ki, “Fortuna II” 34 xalla 4-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp