Yenicə zədədən qurtulan “Qəbələ”nin braziliyalı futbolçusu Dodo ölkəsinin mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, kapitan qızıl medallar uğrunda mübarizə apardıqlarını bildirib.
Hücumameylli yarımmüdafiəçi komanda yoldaşları barədə də ağızdolusu danışıb: “Komandamız hələ də qızıl medal şanslarını saxlayır. “Doğrudu” 1-ci pillədəki “Qarabağ” sanballı xal fərqi yaradıb. Ancaq çempionatda hələ çox oyun qalıb. Bu oyunlarda uğurlu nəticələr qazansaq, 1-ci pilləyə yüksələ bilərik. Əlbəttə, komandamızdan çox şey asılıdı. Məşqlərimizi səylə davam etdirməliyik, qələbə seriyası yaxalamalıyıq. Ancaq bu vəzifənin öhdəsindən gəlmək mümkündü. Formalaşan komandamızdan olduqca razıyam. Çox istəyərdim ki, bu mövsümü 1-ci pillədə bitirək və qızıl medalları boynumuzdan asaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp