“Qalatasaray”ın sabiq baş məşqçisi Hamza Hamzaoğlu maraqlı hadisə ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis haqda şok fakt ortaya çıxıb.
Belə ki, o, “Dənizlispor”da işlədiyi vaxt klubun mətbuat xidmətinin rəhbəri olmuş Sinem Yanmaz oğlunun atasının Hamzaoğlu olduğunu bildirib. Bu barədə sosial şəbəkədə paylaşım edən sözügedən xanım bunları yazıb:
“Hamza Hamzaoğlu oğlumun atasıdır. 5 ildir ki, bunu onun karyerasına və ailəsinə görə gizlədirəm. Sevgimə hörmət olaraq, heç nə açıqlamırdım. Onun yalanlarını gördüyüm üçün bu addımı atdım. Bunu paylaşdıqdan sonra vicdanım rahatlıq tapacaq. O, məni “yaralayıb”.
Qeyd edək ki, Hamzaoğlu 2010-2011-ci illərdə “Dənizlispor”un baş məşqçisi olub.