Türkiyə millisinin üzvü Caner Erkin bundan sonra İtaliya A Seriyasında çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, "Fənərbaxça" ilə yollarını ayıran sol cinah müdafiəçisi Milan "İnter"i ilə anlaşıb.
Klubun rəsmi saytında yer alan məlumata görə, 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2010-2016-cı illərdə "Fənərbaxça"nın şərəfini qoruyan Caner 2006-cı ildən də millidə çıxış edir və hazırda komandanın aparıcı üzvlərindəndi.