Azərbaycanlı futbolçu Ramil Şeydayev yeni komandası “Trabzonspor”un heyətində növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Superliqa təmsilçisi Macarıstan klubu “Qyirmot”la üz-üzə gəlib.
 
Baş məşqçi Ərsun Yanalın 17 oyunçuya şans verdiyi qarşılaşma “bordo-mavililər”in 2:0 hesablı qələbəsi ilə nəticələnib. Türklərin qollarına 28-ci dəqiqədə Yusuf Ərdoğan və 79-cu dəqiqədə Yusuf Yazıcı imza atıblar.
 
Həmyerlimiz Şeydayev son 25 dəqiqəni meydanda keçirib. Belə ki, o, 65-ci dəqiqədə digər yeni transfer Kastilyonu əvəz edib.
 
Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”un heyətində yoxlama görüşlərində 2 qol vurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp