Avrokubokların üçüncü təsnifat mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının 15, Avropa Liqasının 29 qarşılaşması siyahıda müəyyən dəyişikliklərə səbəb olub.
 
Siyahıda yeddi Azərbaycan klubu yer alıb. Təmsilçilərimiz arasında ən yaxşı nəticə “Qarabağ”dadı. Ağdamlılar 14,200 xalla 116-cı yerdə qalıb.
 
9,450 xala malik “Neftçi”nin də mövqeyi dəyişməyib. Bakılılar 156-cı pillədədi.
 
Fransa “Lill”ini 1:0 hesabı ilə məğlub edib, mübarizədən kənarlaşdıran “Qəbələ” isə 7 pilləlik sıçrayışa imza atıb. “Qırmızı-qaralar” 6,950 xalla 192-ci yerdə qərarlaşıb.
 
Hesabında 5,700 xal olan “İnter” 217-ci, 4,200 xala malik “Xəzər Lənkəran” 279-cudu. Digər komandalarımız isə “300-lük”dən də kənardadı. “Kəpəz” (3,700) 305-ci, “Bakı” (3,450) 317-cidi.
 
Qeyd edək ki, İspaniya “Real”ının (144,428) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 134,356 xalla 2-ci, “Barselona” (İspaniya) 129,428 xalla 3-cü pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp