Bir neçə saatdan sonra Avropa Liqasının pley-off mərhələsində iki Azərbaycan təmsilçisi – “Qarabağ” və “Qəbələ” rəqiblərini tanıyacaq. Təmsilçilərimizdən biri – Ağdam klubu səpələnmişlər, digəri – qəbələlilər isə səpələnməmişlər sırasında yer alıb. Artıq hər iki komandamızın potensial rəqibləri də müəyyənləşib. Ancaq ən maraqlı məqam budu ki, pley-offda 2 təmsilçimiz olmasaydı, səpələnmişlər arasında “Qarabağ”ı görməyəcəkdik.

Məsələ burasındadı ki, “Qarabağ” səpələnmişlər sıralamasında son sətirdə yer alıb. Reytinqinə görə “Qəbələ”nin turnirdən kənarlaşdırdığı “Lill” Azərbaycan çempionundan öndə idi və “Qəbələ”ni sıradan çıxaracağı təqdirdə, səpələnmişlər sırasında Qurban Qurbanovun drujinası yer almayacaqdı.

Başqa sözlə, “Qarabağ”a nisbətən zəif rəqib düşməsini “Qəbələ” təmin etdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp