Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu doğma meydanda "Konyaspor"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
D.Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Bursaspor" hazırda 19 xalla 18 klub arasında 4-cü pillədə qərarlaşıb.