"Barselona" klubunun assambleyasında 2016/17 mövsümünün büdcəsi təsdiq edilib. Futbolinfo xəbər verir ki, büdcə 695 milyon avro təşkil edəcək.
 
Səsvermənin nəticələrinə görə 771 nəfər bu rəqəmin lehinə, 45 nəfər isə əleyhinə olub.
 
İcraçı direktor Oskar Qraunun sözlərinə görə, bu, dünya futbolunda ən böyük büdcədi.
 
Şəhərin iqtisadi komissiyasının prezidenti Karlos Tuskets kluba xəbərdarlıq edib. O, aparıcı futbolçuların böyük məbləğdəki maaşlarının ödənilməsində problem olmaması üçün "Barselona" klubunun öz hesabına daha çox gəlir götürməsinin vacibliyini qeyd edib. Əks halda bu, büdcəyə neqativ təsirlər göstərəcək.
Shares: