“Neftçi” PFK rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib. Futbolinfo.az xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib: “Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.