"Zirə" – "Kəpəz" matçında maraqlı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, oyunda asayişi qorumalı olan polis tribunadakı oturacaqlardan birini sındırıb. 

O, tribunanın yuxarı hissəsindən oturacaqların üzəri ilə aşağı düşmək istəyərkən arenaya xətər yetirib. Halbuki polisin vəzifələrindən biri də oturacaqların üzərinə çıxanlara mane olmaqdı.

Shares: