Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində noyabrın 3-də səfərdə PAOK-la qarşılaşacaq "Qarabağ" bu gün Yunanıstana yola düşəcək. Futbolinfo.az xəbər verir ki, komanda saat 19:00-da Bakı – Saloniki reysi ilə səfərə yollanacaq və yerli vaxtla 21:30-da Yunanıstanda olacağı ehtimal olunur.
Baş məşqçi Qurban Qurbanov sabah yerli vaxtla saat 19:00-da jurnalistlərin suallarını cavablandıracaq. Komanda oyunöncəsi son məşqini isə sabah yerli vaxtla 19:30-da qarşılaşmanın keçiriləcəyi "Tumba" stadionunda edəcək.