Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” də növbəti oyununa çıxıb.
Roman Qriqorçukun çalışdırdığı komandamız doğma meydanda Fransanın “Sent-Etyen” klubu ilə qarşılaşıb. Səfərdəki oyunda Rikardinyonun avtoqolu ilə uduzan (0:1) bölgə təmsilçisi doğma meydanda ilk xal və ya xallarını qazanmağı hədəfləmişdi. Amma təəssüf ki, komandamız hesabı açdığı bu oyunda üstünlüyünü qoruya bilməyib. Hər hissədə bir qol buraxan təmsilçimiz meydanı yenə məğlubiyyətlə tərk etməli olub.
Qrupun digər oyununda Belçika “Anderlext”i doğma meydanda “Maynts”ı qəbul edib və böyük hesabla qalib gəlib.
Avropa Liqası
C qrupu
3 noyabr
“Qəbələ” – “Sent-Etyen” – 1:2 (1:1)
Qollar: R.Qurbanov, 39 (1:0). U.Tannan, 45+1 (1:1). R.Beriç, 53 (1:2).
Sarı vərəqə: F.Poqba, 28. R.Qurbanov, 33. M.Mirzəbəyov, 90+3.
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Bakı. "Bakcell Arena".
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov (k) (7. Nika Kvekveskiri, 84), 9. Sergey Zenyov (11. Asif Məmmədov, 61), 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyyubov (30. Petar Franyiç, 65).
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 4. Elvin Camalov, 13. Murad Musayev, 34. Ürfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
"Sent-Etyen": 16. Stefan Ruffye, 10. Ussama Tannan (9. Nolan Ru, 84), 11. Anri Seve (5. Vensan Pajo, 74), 12. Şeyx M`Benqe, 14. Jordan Veretu, 17. Ole-Kristian Selnes, 19. Florentin Poqba, 22. Kevin Monne-Pake, 24. Loik Perren (k), 25. Kevin Malkui, 27. Robert Beriç (23. Aleksandr Sederlunn, 62).
Ehtiyat oyunçular: Jessi Mulen, 2. Kevin Teofil-Katren, 4. Leo Lakrua, 35. Arno Nordin.
Baş məşqçi: Kristof Qaltye.
“Anderlext” – “Maynts” – 6:1 (2:1)
1 | Anderlext | 4 | 2 | 2 | 0 | 11 | 4 | +7 | 8 |
2 | Sent-Etyen | 4 | 2 | 2 | 0 | 5 | 3 | +2 | 8 |
3 | Maynts | 4 | 1 | 2 | 1 | 6 | 10 | –4 | 5 |
4 | Qəbələ | 4 | 0 | 0 | 4 | 4 | 9 | –5 | 0 |