"Qəbələ"nin ən sərrast futbolçusu Baqali Dabo Fransanın məşhur francefootball nəşrinə müsahibə verib. Futbolinfo.az xəbər verir ki, hazırda zədə səbəbindən komandasına kömək edə bilməyən 28 yaşlı hücumçu Azərbaycana uyğunlaşmasından danışıb: 

"Demək olar ki, komandaya gələn kimi Avropa Liqasında ilk oyunuma çıxdım. "Samtredia" ilə matçda start heyətinə düşməyim məni bir az təəccübləndirdi. Cəmi iki dəfə məşqə çıxmışdım. Bundan əvvəl isə istirahətdə olmuşdum. Amma məni kifayət qədər yaxşı qarşıladılar". 

Dabo "Qəbələ"nin infrastrukturu haqqında da fikirlərini bölüşüb: "Qəbələ"nin infrastrukturu əladır. Yeganə problem odur ki, Avropa Liqasındakı oyunları öz stadionumuzda keçirə bilmirik. Beynəlxalq görüşlər keçirmək üçün paytaxt Bakıya gəlirik".

"Qəbələ stadionunda bizə böyük dəstək olur. Rayon dağların ətrafındadır və əla görüntü nəzərə çarpır. Əgər öz meydanımızda oynasaydıq, Avropa Liqasındakı nəticələrimiz daha yaxşı olardı. Amma paytaxt Bakıdakı ab-hava da yaxşıdır". 

Topaz Premyer Liqasının bombardiri olan Dabo futbolçuların Qəbələdəki həyat tərzindən də danışıb: "Çox vaxt televizora baxıram. Düzü, orda bilmirsən, nə işlə məşğul olasan. Ona görə də noutbukum həmişə yanımdadır.  Playstation-la başımı qatıram. Paytaxtda əlbəttə, hər şey fərqlidir. Dükanları gəzə bilərsən, ticarət mərkəzləri. Son vaxtlar zədəmi sağaldıram. Ona görə də günümün çox hissəsini trenajor zalında və həkimlərin yannıda keçirdirəm"

Dabo Topaz Premyer Liqasında çıxış edən 3-4 komandanın Liqa-1-də mübarizə apara biləcəyini deyib. 

Fransalı forvard "Qəbələ" ilə 2 illik müqavilə bağlayıb: "Anlaşmam iki illikdir. Amma futbolda hər an her şey ola bilər. Əslində indi "Kretey" komandasında olmalı idim. Çünki bu klubla müqaviləm gələn il başa çatırdı. Təkliflər olarsa, fikirləşə bilərəm. Bəlkə də klub məni satmaq istədi. Odur ki, indidən heç nə deyə bilmərəm"

Dabo hələ Fransaya qayıtmaq istəmədiyini də söyləyib: "Hazırda özümü Fransada təsəvvür etmirəm. Orda qalsaydım heç vaxt  Avropa Liqasında oynamayacaqdım"

"Qəbələ"nin hücumçusu Azərbaycanda olduğu müddətdə ən çox yadında qalan məqamlara da toxunub: "Maribor"la səfər matçı çox yadda qalan oldu. Biz Bakıda 3:1 qələbə qazanmışdıq. Səfərdə hesabda 0:1 geriyə düşdük, üstəlik Uiks qırmızı vərəqə aldı. Düzünü desəm, bu karyeramdakı ən uzun müddətli 20 dəqiqə oldu. Final fitindən sonra hiss etdim ki, həqiqətən yorulmuşam. Həmin vaxt bizim personalı görəydiz. Hissləri sözlə ifadə etmək olmur. Bu ən xoş yadda qalan hadisə idi". (CBC Sport)  

Shares: