"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Fransa "Sent-Etyen"i ilə qarşılaşmada baş məşqçisiz qalıb. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk fasilə ərəfəsində texniki zonadan qovulub.

Hakimin qərarlarından narazılığını kəskin şəkildə bildirən Qriqorçuk buna görə oyunu tribunadan izləmək məcburiyyətində qalıb. Onun üçün "Qəbələ"nin ehtiyat oyunçular skamyasının arxasındakı tribunada yer ayırıblar.

Qeyd edək ki, Qriqorçuk texniki zonadan uzaqlaşdırılan kimi qapısında qol görən "Qəbələ" fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

Shares: