“Qəbələ”nin futbolçusu Filip Ozobiç Avropa Liqasının 4-cü turu çərçivəsində “Sent-Etyen”ə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, Fransa klubuna 1:2 hesablı yenilgi ilə bağlı öncə bunları söyləyib:

– Heyf ki, bu şəkildə uduzduq. Bu gün yaxşı oynadıq. Sadəcə olaraq, 2 səhv etdik, onlar da qol oldu.

– Məğlubiyyətdə həlledici nə oldu: baş hakimin Roman Qriqorçuku texniki zonadan uzaqlaşdırılması, yoxsa Dmitri Bezotosnının səhvi? 
– Hakim barədə danışmaq istəmirəm. Bir daha deyirəm: yaxşı oynadıq. Ancaq nəticə istədiyimiz kimi olmadı. Təəssüf!

– Sizin uzaq məsafələrdən yaxşı zərbələriniz var. Lakin bu gün həmin bacarığınızdan yararlana bilmədiniz…
– Bəli, bir neçə epizodda çərçivəyə düşə bilmədim. 

– Baqali Dabosuz irəlidə oynamaq çətindir?
– Əlbəttə, çətindir. Bizim yaxşı oyunçularımız var. Zədələr işimizə mane olur.

– İlk 4 oyunun hamısında uduzacağınızı güman edirdiniz?
– Təbii ki, biz də yaxşı nəticə qazanmaq istərdik. Ancaq belə alındı.

– Roman Qriqorçuk oyundan sonra nə dedi?
– Dedi ki, afərin, üzülmək lazım deyil, bizim 3 gündən sonra oyunumuz var.

– Qarşıda “Anderlext” və “Maynts”la oyunlar var. Həmin oyunlardan nə gözləyək?
– Yaxşı nəticə əldə etməyə çalışacağıq.

AĞA

Shares: