Connect with us

Ölkə futbolu

Elxan Abdullayev özünü qorumaq üçün onları "satdı"

Mayın ilk günlərində "Neftçi"də 2 istefa rea…

-də paylaşıldı

Mayın ilk günlərində "Neftçi"də 2 istefa reallaşacaq. Klub məşqçi köməkçiləri ilə yolları ayıracaq.
 
Futbolinfo.az xəbər verir ki, palan döyəcləyən klub rəhbərliyi bütün uğursuzluqların əsas səbəbkarı olan baş məşqçi Elxan Abdullayevi yola salmaq üçün daha uyğun zamanı gözləyəcək. Özü istefa verməyən, rəhbərliyin isə hansısa səbəbdənsa qova bilmədiyi çalışdırıcının köməkçiləri – Aleksandr Deriberin və İqor Getman yola salınacaq.
 
Bu qərar boşuna verilməyib. Məşqçilər "Zirə" ilə oyundakı məlum qalmaqal üzündən yola salınacaq. Müşahidə Şurasının son iclasında hesabat verən Elxan Abdullayev texniki məğlubiyyətə səbəb olan səhvin səbəbkarları kimi bu 2 nəfərin adını çəkib. Ona görə də Getman və Deriberinlə müqavilə müddəti uzadılmayacaq.
 
Maraqlıdı ki, Elxan bəy hələ də getmək istəmir. Yanvarda ayrılan böyük büdcəni havaya sovuran, əvəzində komandanı 7-ci pillədən qurtara bilməyən Abdullayev yeni müqaviləyə ümid edir. Görünür, AFFA-dakı "dayday"ları ona dəstək verir ki, müqaviləsi bitməsinə baxmayaraq, o, mətbuat konfransında "mənə dözməlisiz" deyir.
 
Ümumiyyətlə, Abdullayev özündən başqa hamını günahkar bilir. Azarkeşlərin "istefa" şüarlarına görə fanatlarla iş üzrə koordinator Kənan Hənifəyevi qovduran çalışdırıcı indi də özünün gətirdiyi Deriberinlə Getmanı ayağa verdi. Güman ki, növbəti həmlələrdə klub rəhbərliyi, Müşahidə Şurasının üzvləri də hədəf göstəriləcək.
 
Təbii ki, baş məşqçinin bu kaprizlərinə dözdüyü üçün ən böyük günahkar elə klub rəhbərliydi. "Neftçi"nin daha təcrübəli baş məşqçiyə ehtiyac duyduğunu, Abdullayevlə uğursuzluğun davamının qaçılmaz olduğunu bilə-bilə ona qapını göstərən tapılmır. Elə bu səbəbdəndi ki, Elxan bəy özünü qorumaq naminə hamını qurban verməkdən çəkinmir.
 
FƏRİD

Arxiv

Dünya futbolu2021-02-27 18:43

İtaliya klubunda koronavirusa yoluxma

Digər2021-02-27 17:38

Azərbaycanda 278 yeni yoluxma faktı qeydə alınıb

Dünya futbolu2021-02-27 17:18

Paytaxt klubunda ciddi itki

Müsahibə2021-02-27 16:02

“Sürpriz hər zaman mümkündür” – Rizvan Fərzəliyev

Dünya futbolu2021-02-27 14:57

Adriano Qallianidə koronavirus aşkarlandı

Dünya futbolu2021-02-27 13:31

Alisson atasının dəfninə gedə bilməyəcək

Dünya futbolu2021-02-27 12:42

Fransa millisinin sabiq üzvündən Meksika klubu ilə 3 illik müqavilə

Dünya futbolu2021-02-27 12:02

Millimizin rəqibində yeni məşqçi

Dünya futbolu2021-02-27 11:31

Xavidən Qətər klubu ilə 5-ci kubok

Digər2021-02-27 10:47

Qubadlının Əfəndilər kəndi – VİDEO

Ölkə futbolu2021-02-27 10:29

Rəfiyevin karyerasına qurban verilən “Qəbələ”

Dünya futbolu2021-02-27 10:10

Fransa klubu yeni baş məşqçisinin adını rəsmən açıqladı

Dünya futbolu2021-02-27 09:52

Ozan Canın komandası səfərdə uduzdu

Dünya futbolu2021-02-27 09:33

DÇ-2022-yə görə İngiltərə millisindən imtina etdi

Ölkə futbolu2021-02-27 09:17

Teletabloda PFL izi

Dünya futbolu2021-02-27 09:00

Super Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

Dünya futbolu2021-02-27 01:59

“Levante”dən “Atletik”lə heç-heçə

Dünya futbolu2021-02-27 01:55

“Renn” “Nitsa”ya evdə uduzdu

Dünya futbolu2021-02-27 01:33

“Verder” “Ayntraxt”ı məğlub yola saldı

Dünya futbolu2021-02-27 00:12

Eddi İsrafilovlu “Albasete” səfərdən 1 xalla döndü

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-13 21:34

Azərbaycan derbisində 3 qol, 4 “qırmızı” – VİDEO

Premyer-liqa2021-02-13 19:12

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Ölkə futbolu2021-02-13 13:40

Derbi öncəsi “Neftçi”də “sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-02-12 13:06

“Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi danışdı – VİDEO

Premyer-liqa2021-02-12 12:48

“Qarabağ” – “Neftçi”: Promo – VİDEO

Gündəm