Dünya futbolu
Mbappe rəsmən PSJ-də
Fransanın PSJ klubu növbəti səs-küylü transferini r?…
Fransanın PSJ klubu növbəti səs-küylü transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi gənc hücumçu Kilian Mbappeni heyətinə cəlb edib. Bu barədə Liqa 1 klubunu rəsmi saytı məlumat yayıb. Son Fransa çempionu "Monako"dan alınan futbolçu yeni klubunda hələlik, icarə əsasında çıxış edəcək.
Belə ki, Paris klubu 18 yaşlı forvardı 30 iyun 2018-ci il tarixinə qədər icarəyə götürüb. Müddət başa çatdıqdan sonra PSJ oyunçunun transfer hüququnu da alacaq. Tərəflər arasında 5 illik müqavilə ilə bağlı razılıq əldə olunub. Parislilər bu transfer üçün "Monako"ya 180 milyon avroya təzminat ödəyəcəklər.
Mbappe geridə qalan mövsümdə Fransa çempionatının ən yaxşı gənc futbolçusu seçilib. O, artıq Fransa yığmasında da dörd oyun keçirib.
Xatırladaq ki, PSJ bir müddət öncə də İspaniyanın "Barselona" klubundan braziliyalı hücumçu Neymarı 222 milyon avroya transfer etməklə yeni dünya rekordu müəyyənləşdirmişdi.
- Ölkə futbolu18 saat əvvəl
“Mənə qarşı münasibətdən məyus oldum” – Kərəm Sultanov
- Ölkə futbolu18 saat əvvəl
Polşa klubu 200 min avro ödəməlidir – Mahirə görə
- Ölkə futbolu17 saat əvvəl
Alvaro Tavareş: “Keşlə”də layiq olduğum şans verilmədi”
- Dünya futbolu20 saat əvvəl
“Fənərbaxça”nı Super Liqanın digər klubuna dəyişdi