Ölkə futbolu
“Qarabağ” Şeydayevin transferini rəsmən açıqladı
“Qarabağ” bu mövsüm üçün trans…

“Qarabağ” bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırır. Xəbər verdiyimiz kimi, ölkə çempionu millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.
Müqaviləylə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək. 21 yaşlı hücumçu Rusiya “Zenit”inin yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yay “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.
Qeyd edək ki, Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən 12 qolla Avropa çempionatının bombardiri olub.
- Ölkə futbolu16 saat əvvəl
Qurbanovun üsyanı – zamanında deyilməyən söz…
- Müsahibə15 saat əvvəl
“Bizim günümüz deyildi” – Raysel “Qəbələ”də qalıb-qalmayacağını bilmir
- Ölkə futbolu18 saat əvvəl
“Keşlə”ni hakimlər də xilas edə bilmədi
- Ölkə kuboku13 saat əvvəl
Azərbaycan Kuboku: Cavab oyunlarının vaxtı açıqlandı