Connect with us

Ölkə futbolu

“Q” yığını

Qumar? Qruplaşma? Qiyam? Qriqorçuksuz “Qəbələ”?…

-də paylaşıldı

Qumar? Qruplaşma? Qiyam? Qriqorçuksuz “Qəbələ”?
 
Qəbələ”də nə baş verdiyini bilmirəm, amma “Kəpəz”ə dünənki məğlubiyyət təsadüf sayıla bilməz. Qurma oyun, qəribə nəticə, qarışıq birşeylər var idi.
 
Qərəzli olmasın – “Kəpəz”in əziyyətini yerə vurmaq, uğurunu kiçiltmək olmaz. Qalibi mühakimə etmirlər və 2:0 hesabı ilə üstün olan gəncəlilər haqda mənfi bir şey deməyin də anlamı yoxdu. Qarşılarına məqsəd qoydular və “Səbail”ə biabırçı oyunla uduzduqları ötən tur matçından sonra dirçəldilər, aşkar autsayder olmayacaqlarını isbatladılar.
 
Qəribə olan rəqibin oyunu idi. “Qəbələ” bu qədər dişsiz, bu qədər ruhsuz olmamalı idi. “Qarabağ”ın çempionluq taxtını əlindən almağı hədəf götürən komandanın oynamalı olduğu futbol bu deyil.
 
Qriqorçukun mətbuat konfransında dedikləri təzadlıdı. Qarşılaşmanı şərh edən mütəxəssis əvvəlcə məsuliyyəti boynuna götürür, ardınca “təki mən narahat olum” deyir. Qəribə açıqlamalıdı və Roman İosifoviçin stili deyil. Qarmaqarışıq futbola qarmaqarışıq şərh verir.
 
Qarşılaşmanın gedişindəcə artıq sosial şəbəkələrdə bu oyunla bağlı müxtəlif ittihamlarla rastlaşırdıq. Qumar isə ön planda idi – əksəriyyət nəticənin başqa yollarla müəyyənləşdiyini iddia edirdi. “Qəbələ” rəhbərliyini tanımasaq, biz də şübhələnərdik, amma ortada başqa amillər də var. Qriqorçuk Xaqani Məmmədovun məşur “15 dənə verirlər” qalmaqalında iştirak edən adamlardan biridi, Latviya karyerasında bəzi şübhəli məqamlar haqda söhbətlər eşitmişik. Qısası, mümkündü, amma ehtimaldı, bu insanın Qəbələdə qazandığı uğurları sübut olunmayan bir şübhəylə silmək olmaz. Qəhrəman kimi böyütdüyümüz məşqçini indi belə ittihamlarla sıradan çıxarmaq məntiqsizdi.
 
Qiyama da oxşayır, sanki kimlərsə nəyəsə etiraz edir, bilərəkdən oynamır. “Qəbələ”nin əsl futbolu bu deyil. Qara günlər hələ Avroliqadan başlayıb. Qruplara qalmaq mümkün olmayınca klubda narazıların sayı artdı. Qəribədi ki, güclənmək üçün gətirilən futbolçuların hamısı ehtiyatda oturduldu, sanki Qriqorçuk onları başqalarının istəyi ilə heyətə götürdüyünü nümayiş etdirməyə çalışdı. Qrafik ziqzaqlıdı, həmin gündən komandanın oyunu da sabit deyil, bir parlaq oyunu keyfiyyətsiz digər matç əvəzləyir. “Qəbələ” bu mövsüm hələ ki, liderə yaraşan futbol sərgiləməyib.
 
Qruplaşma ehtimalı daha çoxdu. Qəbələdə “Neftçi”ylə matç bitəndən sonra Ruslan Qurbanovla Stiven Monrozun dalaşması bəlkə də münasibətlərin pik həddi idi. Qurbanovu yerlilər, Monrozu əcnəbilər hadisə yerindən uzaqlaşdırdı. Qəribəydi, amma sanki müxtəlif dəstələr var idi – hətta köhnələrlə yenilərin düşərgələrə bölünməsi də mümkündü.
 
Qışda komandanın zəifləyəcəyi, sponsorların klubdan üz döndərəcəyi ehtimalları da ümumi ab-havaya təsir edir. “Qəbələ” taleyi ilə barışmış, sonun yaxınlaşdığını bilən və onu gözləyən insanların toplaşdığı kluba oxşayır. Qara buludlar komandanın başının üstünü alıb, qəbirstanlıqda uyuyan “Bakı”, “Xəzər Lənkəran”, “Karvan” və digərləri də dağılmaq ərəfəsində belə xaosun içində idi.
 
Qarışıq durumdu, heç kim əsas səbəbi demir, hamı kənar amilləri qabardır. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun tez-tez AFFA-nı hədəfə alması, limitdən şikayət etməsi təsadüf ola bilməz. Qeyri-adi görünə bilər, amma yerli yeniyetmələrlə qələbə qazanan “Kəpəz” sübut etdi ki, komandanın problemi təkcə limit deyil. Qriqorçukun və ya rəhbərliyin bəhanəsi “Qəbələ”nin zəif çıxışının səbəbi ola bilməz.
 
Qırmızı-qaralar”la bağlı çox ehtimal var, həqiqəti isə yalnız klubun içindəkilər bilir. Qriqorçukun futbolçularla yola getməməsi çoxdanın söhbətidi, o yalnız hazır futbolçularla işləməyi sevir, “qara siyahı”sına düşənləri bağışlamır. Qayət, bəlkə artıq bıçaq sümüyə dayanıb, bunun üzərinə yubanan maaşlar, gərgin atmosfer, transferlərlə bağlı fikirlərin haçalanması gəlib və qatar relsdən çıxıb?
 
Quru hesablı bu məğlubiyyət mütləq ciddi dəyişikliklərə səbəb olacaq, rəhbərliyin hesab sormasına rəvac verəcək. Qırmancla hesablaşmaq qan çıxara bilər, amma başqa yol da yoxdu, komanda indi ayılmasa, bu, ölkə futbolunda iz qoyan bir kollektivin sonunu tezləşdirəcək.
 
Qriqorçukun dedikləri bəhanə idi və reallığın tam əksi deyildi. Qarmaqarışıq durumla bağlı bəlkə klub rəhbərliyi danışsın, vəziyyəti aydınladacaq bir açıqlama versin? Qışa kimi hələ tam bir dövrə var: futbolçular cümə faciəsinin tam təsadüf olduğunu da sübut etmək imkanına sahibdi.
 
AĞA

Arxiv

Digər2021-09-20 23:55

Möhtəşəm 1xLotto təcrübəsindən zövq alın və cekpotu udun

Dünya futbolu2021-09-20 23:37

Vüsal penaltini qaçırdı, “Keçiörengücü” məğlubiyyətə üzüldü

Dünya futbolu2021-09-20 22:42

“Qarabağ”ın rəqibindən əzmkar qələbə

Premyer-liqa2021-09-20 22:08

“Qarabağ”dan inamlı qələbə – VİDEO

Premyer-liqa2021-09-20 21:49

Qurban Qurbanov: “Oyundan və nəticədən razı qaldım”

Premyer-liqa2021-09-20 21:19

Ayxan Abbasov: “Komandadan razı qalmadım”

Premyer-liqa2021-09-20 20:55

“Qarabağ” “Sumqayıt”ı məğlub yola saldı

Dünya futbolu2021-09-20 19:50

“Arsenal”dan Quliyevsiz qələbə

Digər2021-09-20 19:00

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-09-20 18:44

De Xea 7 illik uğursuzluğa son qoydu

Ölkə futbolu2021-09-20 17:59

“Keşlə” Baş Prokurorluğa müraciət etdi – İsmayılovun ittihamlarına görə

Dünya futbolu2021-09-20 17:37

Poçettino Messini əvəzləməsinin səbəbini açıqladı

Dünya futbolu2021-09-20 17:12

Premyer Liqa oyunları sükutla başlayacaq

Ölkə futbolu2021-09-20 16:59

AFFA-dan Aslan İsmayılovun ittihamlarına cavab

Dünya futbolu2021-09-20 16:44

53 yaşlı qadın Ronaldonu aldadıb – 288 min avrosunu alıb

Ölkə futbolu2021-09-20 16:00

Danışılmış oyunlarla bağlı növbəti seminar

Milli komanda2021-09-20 15:34

Millimizin seçmə mərhələ oyunları üçün heyəti açıqlandı

Premyer-liqa2021-09-20 15:10

Qırtımov 250-yə, Stankoviç 150-yə çatdı

I Divizion2021-09-20 14:53

Birinci Divizionda 2-ci turun təyinatları açıqlandı

Ölkə futbolu2021-09-20 14:33

“Səbail”in ən ağır məğlubiyyəti

Premyer-liqa2021-09-20 14:15

Meza Kolli Premyer Liqada 10-cu oldu

Dünya futbolu2021-09-20 14:02

“Yuventus” antirekordunu təkrarladı

Dünya futbolu2021-09-20 13:39

Namik Ələskərov üçün Tamer Tuna

Müsahibə2021-09-20 13:10

Əfran İsmayılov: “Bəzən belə uduzmağın komandaya xeyri olur”

Ölkə futbolu2021-09-20 13:03

Naxçıvanda Kütləvi Futbol Həftəsi festivalı keçirilib

Ölkə futbolu2021-09-20 12:55

Tanınmış vəkil Baş Prokurorluğu AFFA-da maliyyə pozuntuları ilə bağlı araşdırma aparmağa çağırdı

Ölkə futbolu2021-09-20 12:18

Səkkizaylıq Qurbanov – “Keşlə” erkən “azadolma”nın astanasındadı

Milli komanda2021-09-20 11:47

Azərbaycan – İrlandiya matçının biletləri satışa çıxarıldı

Dünya futbolu2021-09-20 11:25

Nazarovun komandası baş məşqçisi ilə vidalaşdı

Milli komanda2021-09-20 11:03

Millimizin Belarusla oyunlar üçün heyəti açıqlandı

Dünya futbolu2021-09-20 10:40

Messi Poçettinonun əlini sıxmadı

Dünya futbolu2021-09-20 10:22

“Qarabağ”ın rəqibinə qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2021-09-20 10:01

Fərid Nəbiyevin komandası səfərdən xalsız qayıtdı

Dünya futbolu2021-09-20 09:42

Nazarovlu “Ersgebirge” ardıcıl 4-cü məğlubiyyətə üzüldü

Dünya futbolu2021-09-20 09:21

Millimizin hücumçusu oynamadı, komandası məğlub oldu

Ölkə futbolu2021-09-20 09:00

“Avrokuboklara getmək üçün hər şeyi etməliyik”

Premyer-liqa2021-09-20 01:37

Ramon Maçado: “Bu, məni ikiqat xoşbəxt edir”

Ölkə futbolu2021-09-20 01:34

“Qələbədə pay sahibi olduğum üçün sevincliyəm”

Dünya futbolu2021-09-20 01:20

“Real” səfərdə əzmkar qələbəyə sevindi

Dünya futbolu2021-09-20 01:09

PSJ-dən çətin qələbə

Dünya futbolu2021-09-20 00:52

“Yuventus”la “Milan”dan heç-heçə

Dünya futbolu2021-09-19 23:43

“Volfsburq”u dayandıran tapıldı

Dünya futbolu2021-09-19 23:22

“Çelsi”dən darmadağın, MY-dən əzmkar qələbə

Dünya futbolu2021-09-19 22:46

“Fənərbaxça” səfərdə, “Qalatasaray” evdə uduzdu

Dünya futbolu2021-09-19 22:10

Mahir “Legiya”nın qələbəsində qolla pay sahibi oldu

Premyer-liqa2021-09-19 21:37

“Neftçi”dən “Keşlə”yə üç cavabsız qol – VİDEO

Premyer-liqa2021-09-19 21:14

“Niyə ancaq mənə belə suallar verirsiz?” – Samir Abasov

Premyer-liqa2021-09-19 20:47

Sənan Qurbanov: “İstefa verməkdən qorxmuram”

Premyer-liqa2021-09-19 20:23

“Keşlə” “Neftçi”yə də uduzdu

Dünya futbolu2021-09-19 20:03

Kamran Əliyevin komandası səfərdən 1 xalla döndü

Gündəm